Bu rayonunun bir hissəsinin qaz təchizatı məhdudlaşdırılır

Bu rayonunun bir hissəsinin qaz təchizatı məhdudlaşdırılır

Bakı şəhəri Binəqədi rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
Maide.Az məlumat verir ki, "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Binəqədi rayonu ərazisində texniki baxış işləri aparılan zaman aşkar olunmuş qaz sızmalarının ləğvi, istismarı dayandırılmış qaz xətlərinin qaz təchizatı şəbəkəsindən ayrılması, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində və avadanlıqlarda nəzərdə tutulmuş təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 14 fevral 2017-ci il tarixdə saat 09:00-dan 17:00-dək adıçəkilən rayonun Sulutəpə, Çiçək yaşayış ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
 
Bildirilir ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.
 
"Azəriqaz" İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Google+ WhatsApp ok.ru