Burunla nəfəs almırsız?

Burunla nəfəs almırsız?

Burun tutulması – bu sərbəst xəstəlik deyil, adətən başqa xəstəliklərin əlamətidir. O, diskomfort hissi yaradır və nəfəs almağa mane olur. Burun tutulması 4-cü ən geniş yayılmış vəziyyətdir ki, bu səbəbdən insanlar həkimə müraciət edir. Yetkin dövrdə burun tutulması problemi daha çox olur nəinki uşaq yaşlarında. Ona görə də LOR həkimi birinci növbədə burun tutulmasının əsl səbəbini araşdırıb tapmalıdır. Belə ki, bu səbəblər çoxdur.

Burun tutulmasının əsas səbəbləri. Ola bilər ki, xroniki burun tutulması (zökəm) əsasında irsiyyət faktoru durur, məsələn allergik iltihab, lakin qalan səbəblərə çox vaxt biz özümüz şərait yaradırıq. Demək olar ki, burun tutulması seçdiyimiz həyat tərzi və ixtisasdan da asılıdır. Xarici mühit də çox amilləri müəyyən edir: məişətdə istifadə edilən kimyəvi maddələr, mikroiqlimə nəzarət edən cihazlar, elektron qurğular, havanın tərkibində olan ionlaşmış qaz molekulları, bakteriyalar, viruslar - bunlar hamısı burunun selikli qişasına təsir göstərir. Burun tutulmasını əmələ gətirən xəstəliklər: KRVİ, allergik rinit, vazomotor rinit, atrofik rinit, kəskin və xroniki rinitlər, burunun selikli qişasının quruluğu, damardaraldıcı vasitələrin uzun müddət istifadə olunması, burunda poliplər. Burun tutulması adətən burunun selikli qişasının sekresiyasının pozulması ilə müşayət olunur.

Bu vaxt nə müşahidə olunur?

-Burundan ifrazatın axması və ya quruluq;

-Qaşınma, asqırma;

-Qoxu hissiyyatının pozulması;

-Göz yaşının axması;

-Baş ağrıları;

-Uşaqlarda öskürək və qulaqda ağrı.

Burun tutulmaları zamanı nə etməli? Burun tutulması yeni yaransa da ona diqqət yetirmək və dərhal müalicə etməyə başlamaq lazımdır. Əvvəl bu adi zökəmdir, lakin zamanla iltihab burun boşluğundan digər nahiyyələrə yayılır – burun ətrafı ciblər, burun-udlaq, boğaz, qulaqlar və hətta aşağı tənəffüs yollarınının selikli qişasına qədər. Bu simptomları aradan qaldırmaq üçün istifadə olunan tibbi vasitə və dərman vasitələrinin çeşidi genişdir. Burunun selikli qişasının vəziyyətini birinci növbədə tərkibində dəniz suyu məhlulu olan tibbi vasitələrin istifadəsi yaxşılaşdırır. Profilaktika məqsədi ilə burun tutulmasını yaradan səbəblərdən qorunmaq lazımdır. Allergenlərdən uzaq olmaq, soyuqdəymədən qorunmaq, damardaraldıcı vasitələrdən çox istifadə etməmək, polipləri müalicə etmək lazımdır. Əgər güclü baş və ya qulaq ağrısı varsa, həkimə müraciət etmək lazımdır.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir./aptekonline.az

Google+ WhatsApp ok.ru