Bu sahədə islahatlara ehtiyac var – Ekspertdən mühüm təklif

Bu sahədə islahatlara ehtiyac var – Ekspertdən mühüm təklif

Nəinki rayonlarda, hətta paytaxtda belə mavi qazın evlərə fasilə ilə verilməsi adiləşib.

 
Bu barədə iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert son günlər Bakının mərkəzi rayonlarında nəinki saatlarla, hətta bir gündən çox müddətdə mavi qaz təchizatının kəsilməsi ilə bağlı aktual problemə toxunub:
 
“Nəinki rayonlarda, hətta paytaxtda belə mavi qazın evlərə fasilə ilə verilməsi adiləşib. 29,367 milyard kub metr mavi qaz istehsal edən Azərbaycanda əhalinin qaza olan 2,75 milyard kub metrlik tələbatını ödəməkdə çətinliklərin olması anlaşılan deyil. Halbuki yalnız SOCAR-ın illik hasilatı 6,266 milyard kub metrdir. Bu isə əhalinin mavi qaza olan tələbindən 2 dəfədən çox artıqdır. Əhalinin mavi qaz istehlakı ölkə üzrə ümumi qaz istehsalının 10 faizindən çox olmamasına baxmayaraq, yenə də qaz təminatında problemlər varsa, deməli, bu sahədə struktur islahatların aparılmasına ehtiyac var. Digər tərəfdən, mavi qazın təchizatında itkilərin həcminin çox olması fonunda evlərə qazın fasilələrlə verilməsi bu sahədə islahatların sürətləndirilməsini daha aktuallaşdırır”. (axar.az) /

Google+ WhatsApp ok.ru