Bu stansiyada eskalator təmirə dayandırılacaq

Bu stansiyada eskalator təmirə dayandırılacaq

"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 3 saylı eskalator fevral ayının 15-də əsaslı təmirə dayandırılacaq.
 
"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, bu təmir işləri qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün və eskalatorların istismar qaydalarına uyğun olaraq aparılır. Eskalatorun aprel ayında yenidən istismara verilməsi nəzərdə tutulub.
 
Bu müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən istifadə edə biləcəklər.
 
"Bakı Metropoliteni" QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir. (apa) /

Google+ WhatsApp ok.ru