Bu surəni hər cümə axşamı oxuyan şəxs...

Bu surəni hər cümə axşamı oxuyan şəxs...

Qurani-Kərimin 15-ci cüz və 17-ci surəsində yer alan “İsra” surəsi 111 ayədən ibarətdir. Bu surənin Məkkədə nazil olması daha çox qeyd edilir. Amma surənin bəzi ayələrinin (o cümlədən, 26, 32, 33, 57 və 78-ci ayələri) Mədinədə nazil olduğu bildirilir.
 
Bu surədə də digər Məkkədə nazil olan surələrdə olduğu kimi, tövhid və allahşünaslıq, məad və ölümdən sonrakı həyat, faydalı nəsihətlər, eləcə də, aşağıdakı mövzular bəyan olunur:
 
–Peyğəmbərlik və meracla bağlı dəlillər;
 
–İsrail övladlarının macəralı sərgüzəşti;
 
–Yaxşı və pis əməllərin nəticəsi;
 
–Ata-anaya ehtiram və qohumluq məsələləri;
 
–İsraf, paxıllıq, zina, yetim malını yemək, tərəzidə haqsızlıq, təkəbbür və adam öldürməyin haramlığı;
 
–Hər növ şirk, zülm və azğınlıqla mübarizə;
 
–İnsan şəxsiyyəti və onun digər məxluqlara üstünlüyü;
 
–Qurani-Kərimin ecazkarlığı, təsiri və əxlaqi-ictimai xəstəliklərə dərman olması;
 
–Şeytanın vəsvəsələri və onun insana nüfuz yolları ilə bağlı xəbərdarlıqlar;
 
–Müxtəlif əxlaqi təlimlər;
 
–Adəm və İblisin tarixçəsi, eləcə də, bütün insanlara ibrəti dərsi olaraq bəzi peyğəmbərlərin səgüzəştləri.
 
Bir sözlə, sözügedən surədə bəşərin təkamülü üçün etiqadi, əxlaqi və ictimai bəhslər kamil nüsxədə təqdim olunur.
 
 
Peyğməmbəri-Əkrəm (s) və imam Sadiqdən (ə) bu surəni tilavət etməyin savab və fəziləti haqda bir sıra hədislər nəql olunmuşdur. O cümlədən, imam Sadiqdən (ə) nəql olunan bir hədisdə belə oxuyuruq:
 
من قرء سورة بني اسرائيل في كل ليلة جمعه، لم يمُت حتّى يُدرك القائم ويكون من أصحابه
 
“Bəni-İsrail (İsra) surəsini hər cümə axşamı oxuyan şəxs Qaimi (imam Zamanı) dərk edib onun dostlarından olmayınca, dünyadan getməz.”  ( “Vəsailuş-şiə”, 7-ci cild, səh.410, hədis 9817.)
 
Qeyd etmək lazımdır ki, Quranın surələrini tilavət etməyin savab və fəzilətləri yalnız dildə oxumağa yox, təfəkkür və əməllə yanaşı oxunuşa aiddir. Başqa sözlə, Quranın oxunması onun başa düşülməsi üçün, başa düşülməsi isə əməl olunması üçün bir müqəddimə olmalıdır.
 
Elə uyğun surənin fəziləti ilə əlaqədar Peyğəmbəri-Əkrəmdən (s) belə nəql olunur: “Bu surəni oxuyan kəs surədə ata və ana barədə buyurulan tövsiyələrə çatdıqda, hissləri oyanar, ata və anasına qarşı sevgi hissləri daha da artar....” (“Məcməul-bəyan”, 3-cü cild, səh.393.)
 
Bir sözlə, Quranı bütün hallarda oxumaq savabdır, amma onun savabı və təsirləri təfəkkür və əməllə birgə olduğu zaman quruculuq xarakteri daşıyacaqdır
 
(“Təfsiri-nümunə”, Ayətullah Məkarim Şirazi, 12-cild, səh. 3-6, “İsra” surəsinin təfsiri.)
 
Maide.Az

 

Google+ WhatsApp ok.ru