Bu surəni oxuyanın həyatı səadətlə bitər

Bu surəni oxuyanın həyatı səadətlə bitər

Qurani-Kərimin 23-cü surəsi olan “Muminun” surəsi 118 ayədən ibarətdir və Məkkədə nazil olmuşdur.
 
Adından göründüyü kimi, surənin mühüm bir hissəsində möminlərin siması və iman nişanələrindən söz açıldığı, əqidə və əməllərə xüsusi önəm verildiyi üçün, surə “Muminun” (möminlər) adlandırlmışdır.
 
 
İslam Peyğəmbəri (s) və Əhli-beytdən (ə) bizə gəlib çatmış İslam rəvayətlərində “Muminun” surəsini tilavət edənlər üçün çoxlu fəzilət və savab qeyd olunur. İslam Peyğəmbərindən (s) nəql olunan bir hədisdə buyurulur:
 
وَمَنْ قَرَأَ سُورَةَ الْمُؤْمِنِينَ، بَشَّرَتْهُ الْمَلَائِكَةُ (يوم القيامة) بِرَوْحٍ وَرَيْحَانٍ وَمَا تُقَرُّ عَيْنُهُ عِنْدَ نُزُولِ الْمَوْتِ
 
“Hər kim “Muminun” surəsini oxusa, mələklər (qiyamət günü) onu behiştlə müjdələyər və ölüm mələyi (onun ruhunu bədənindən ayırmaq üçün) gəldiyi zaman (xoş xəbərlər verməklə) onun gözləri işıqlanar.” (“Məcməül-bəyan”, 7-ci cild, səh.98.)
 
İmam Sadiq (ə) bu surənin fəziləti haqda belə buyurur:
 
مَنْ قَرَأَ سُورَةَ الْمُؤْمِنِينَ ختم الله له بالسعادة اذا کان یدمن قرائتها في كل جمعة و كان منزله في الفردوس الأعلي مع النبيين والمرسلين
 
“Hər kim “Muminun” surəsini oxusa və hər cümə günü surənin tilavətini davam etdirsə, Allah-Taala onun həyatını səadətlə bitirər, “Firdovsi-Əla”da (behiştin ən yüksək mərtəbəsində) ilahi peyğəmbərlərlə yoldaş olar. (“Ruhul-məani”, 18-ci cild, səh.2; “Təfsiri-nümunə”, Ayətullah Məkarim Şirazi, 14-cü cild, səh.189-191.)
 
(Maide.az)
 

Google+ WhatsApp ok.ru