Bu surəni oxuyan heç vaxt yoxsul olmaz

Bu surəni oxuyan heç vaxt yoxsul olmaz

 “Vaqiə“ surəsi Məkkədə nazil olmuş və 96 ayədən ibarətdir.
 
“Tarixul-Quran“ kitabında İbn Nədimdən nəql olunur ki, “Vaqiə“ surəsi Peyğəmbəri-Əkrəmə (s) nəql olunan 44-cü surədir. Ondan öncə “Taha“, sonra isə “Şuəra“ surəsi nazil olmuşdur. (“Tarixul-Quran“, Əbu Əbdullah Zəncani, səh.59.)
 
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
 
مَن قَرَأَ سورَةَ الواقِعَةِ کُتِبَ لَیسَ مِنَ الغافِلِینَ
 
“Hər kim “Vaqiə“ surəsini oxusa, onun qafillərdən olmadığı yazılar.” (“Məcməul-bəyan“, c.9, səh.212.)
 
Çünki bu surənin ayələri insanı qəflətdən ayıldacaq qədər təkanvericidir. Elə bu səbəbdən də, bir hədisdə oxuyuruq ki, Peyğəmbəri-Əkrəmdən (s): “Niyə bu qədər tez qocaldınız?“ – deyə soruşulduqda, Həzrət buyudu:
 
شَیَّبَتنی هُودُ وَالواقِعَةُ وَالمُرسَلاتُ وَعَمَّ یَتَساءَلُونَ
 
“Məni “Hud“, “Vaqiə“, “Mursəlat“ və “Əmmə-yətəsaəlunə“ surələri qocaltdı.“ (“Xisal“, Şeyx Səduq, “babul-ərbəə“, hədis 10.)
 
İmam Sadiq (ə) buyurmuşdur:
 
مَن قَرَأَ فی کُلِّ لَیلَةِ جُمُعَة الواقِعَةَ أحَبَّهُ اللّهُ وَأحَبَّهُ إِلَى النّاسِ أجمَعینَ وَلَم یَرَ فِى الدُّنیا بُؤساً أبَداً وَلا فَقراً وَلا فاقَةً وَلا آفَةً مِن آفاتِ الدُّنیا وَکانَ مِن رُفَقاءِ أمیرِالمُؤمِنِینَ(علیه السلام)
 
“Hər kim“Vaqiə“ surəsini hər cümə axşamı oxusa, Allah-Taala onu sevər, bütün insanlar arasında sevimli olar, dünyada əsla narahatçılıq duymaz, yoxsulluq, ehtiyaclılıq və dünya bəlalarına düçar olmaz, Əmirəlmöminin Əlinin (ə) dostlarından olar.“ (“Nurus-səqələyn“, c.5, səh.203.)
 
Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan başqa bir hədisdə belə oxuyuruq:
 
مَن قَرَأَ سورَةَ الواقِعَةِ کُلَّ لَیلة لَم تُصِبهُ فاقَةٌ أبَداً
 
“Hər kim “Vaqiə“ surəsini oxusa, heç vaxt yoxsul olmaz.“ (“Məcməul-bəyan“, c.9, səh.212.)
 
Elə buna görə də, bir rəvayətdə “Vaqiə“ surəsinin başqa bir adının da “Qəni“ olduğu qeyd edilir. (“Ruhul-məani“, c.27, səh.111.)
 
Əlbəttə, qeyd etməliyik ki, bu qədər savab və bərəkət düşüncə, əməl və hərəkətlə yanaşı tilavətə məxsusdur. (“Təfsiri-nümunə“, c.23, səh.197.)
 
 Maide.az 

 

Google+ WhatsApp ok.ru