Bu tərəvəzləri əsla soyuducuda saxlamayın - FOTOLAR

Tez xarab olan meyvə və tərəvəzləri soyuducuda saxlamağa adət etmişik. 
 
Soyuducu meyvələri sərin temperaturda təzə saxlamaqla yanaşı, onların tez çürüməsinin də qarşısını alır. Lakin bəzi meyvə və tərəvəzlər var ki, onları soyuducuda saxlamaq düzgün deyil. 
 
Bu haqda dietoloq məsləhətlərini təqdim edirik.
 

Soğan

Soğanı sərin, quru və təmiz havası olan  bir yerdə saxlamaq lazımdır. Əgər bu tərəvəzi uzun müddət saxlamaq istəyirsinizsə, onu sellofan torbadan çıxarmaq və hava almasını təmin etmək lazımdır. Qabığını soyduğunuz soğanı isə bükərək soyuducuda saxlamalısınız.
 

Balqabaq

Balqabağı havalandırması olan quru, sərin və qaranlıq bir yerdə saxlanmaq lazımdır.
 

Qarpız və yemiş

Qarpız və yemiş soyuducuda saxlanarkən tərkibindəki vitaminləri itirir. Qovun və qarpızlar otaq temperaturunda saxlanmalıdır. Dilimlənmiş yemiş və qarpız mütləq bükülmüş şəkildə soyuducuya qoyulmalıdır
 

Sarımsaq

Sarımsaq soyuducuda saxlanmamalıdır. Soyuducuya qoyulan sarımsaq cücərməyə başlayır. Bu səbəbdən quru və qaranlıq yerlərdə saxlanmalıdır.
 
Отображается файл Отображается файл
Отображается файл

Kartof

Kartof sərin, quru və qaranlıq yerlərdə saxlanmalıdır. Kartoflar sellofan torbadan çıxarılaraq havası olan sahədə karton qutularda saxlanıla bilər. Kartofları yuyaraq saxlasanız daha tez xarab olar. 
 

Reyhan

Reyhan soyuducuda saxlanıldığında daha tez solur. Bundan əlavə bu bitki soyuducudakı digər qidaların qoxusunu özünə çəkir. Reyhanı saxlamaq üçün ən yaxşı üsul onu bir stəkan suyun içində otaq temperaturunda saxlamaqdır. 
 

Pomidor

Kəsilməmiş pomidor soyuducunun soyuq atmosferində təzəliyini itirərək yumşalır. Bundan başqa, əgər tam yetişməyibsə və kal şəkildədirsə, soyuq olduğu üçün yetişə bilməz. Pomidoru kağız bir torbanın içində otaq temperaturunda saxlamaq daha yaxşı olar. 
 

Ərik, banan, kivi, şaftalı, gavalı…

Bu meyvələr yetişənə qədər otaq temperaturunda saxlanmalıdır. Beləcə qida dəyərlərini qorumuş olurlar. 
 

Qəhvə

Üyüdülmüş qəhvə və qəhvə tumları hava keçirməyən qablarda, sərin, quru və işıq almayan yerlərdə saxlanmalıdır. Beləcə təzəliyini və ətrini qoruyar. Soyuducuda saxlanılsa, orada olan bütün pis qoxuları üzərinə çəkər və ətri pozular. Əgər aldığınız qəhvəni hamısını dərhal istifadə etməyəcəksinizsə,dondurucuya qoya bilərsiniz. Hava almayan qablarda 1 ay müddət ilə soyuducunun buzxanasında saxlaya bilərsiniz
 

Şokolad

Şokoladın ideal saxlanma temperaturu 20 dərəcəlik otaq temperaturudur. Şokolad sərin və rütubətsiz yerdə saxlanmalıdır. Şokolad soyuducuda saxlansa içərisindəki yağ donaraq şokoladın üzərini örtür və dadı pozular.
 

Zeytun yağı

Zeytun yağı sərin və qaranlıq bir yerdə saxlanmalı, soyuducuya qoyulmamalıdır. Soyuducuda saxlanarsa donar və kərə yağı kimi daha sərt formaya düşər. musavat /

Google+ WhatsApp ok.ru