Bu tarixdən Azərbaycanda orta və ali məktəblərdə əyani təhsil başlayacaq - YENİLƏNİB

Bu tarixdən Azərbaycanda orta və ali məktəblərdə əyani təhsil başlayacaq - YENİLƏNİB

Azərbaycanda təhsil əyani formaya qayıdır

Azərbaycanda təhsil əyani formaya qayıdır.
 
Maide.Az -ın  məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
 
Nazir bildirib ki, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-IX siniflər əyani təhsilə başlayacaq.
 
Onun sözlərinə görə, sentyabrın 29-dan həmçinin ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri açılacaq.
 
O deyib ki, "Məktəblərdə 5 günlük dərs qrafiki olacaq".
 
Onun sözlərinə görə, bəzi təhsil müəssisələrində isə 6 günlük qrafik olacaq.
 
E.Əmirullayev qeyd edib ki, valideynlərdən COVID-19 pasportu tələb etmirik. 
 
Onun sözlərinə görə, pasportu olmayan valideynin övladının məktəbə buraxılmaması məsələsi yoxdur: "Ancaq məktəbin daxilinə girmək istəyən şəxsin pasportu olmalıdır."
 
O əlavə edib ki, bütün məktəblərdə xüsusi izolyasiya otaqları hazırlanıb.
 
O qeyd edib ki, dərs zamanı kiminsə temperaturu olarsa, həmin şəxs dərhal xüsusi izolyasiya otaqlarına yerləşdiriləcək: "Əgər hansısa məktəbdə kiminsə COVID-19 nəticəsi pozitiv çıxarsa, araşdırma nəticəsində məktəbin bağlanması və ya hibrid tədrisə keçirilməsi barədə qərar qəbul ediləcək".
 
Nazir qeyd edib ki, hazırda vahid məktəbli formaları ilə bağlı yeni qərar yoxdur. Ona görə də hər kəs aldığı məktəbli forması ilə dərsə gələ bilər.
 
Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu isə əlavə edib ki, yeni forma qəbul edilsə belə köhnə formalar sıradan çıxana qədər geyinilə bilər.
 
 

Google+ WhatsApp ok.ru