Bu virus hər 3 saniyədə 1 adamı öldürəcək - Diqqət!

Qlobal ölçüdə aparılan Antimikrobial Müqavimət Araşdırması sübut etdi ki, antibiotiklərə qarşı müqavimətli bakteriyalar, yəni superbuglar gələcəkdə kütləvi ölümlərlə nəticələnə bilər.
 
Araşdırma nəticələrində o da qeyd edilir ki, bu problem həll olunmazsa, hər 3 saniyədə 1 adam öləcək.
 
Qaynarinfo.az xəbər verir ki, araşdırmada yer alan məlumata görə, problem kifayət qədər ciddidir. Araşdırmanın başladığı 2014-ci ilin iyun ayından bu yana təxminən 1 milyon adam müxtəlif infeksiyalar səbəbilə həyatını itirib.
 
Mütəxəssislər 2050-ci ilə qədər təxminən 10 milyon adamın bu səbəbdən həyatını itirəcəyini qeyd edir. /

Google+ WhatsApp ok.ru