Bu xəbər təhsil müəssisələrində hicab problemi ilə üzləşənlər üçündür - VİDEO

Sentyabr ayının 15-i növbəti dərs ili başlar-başlamaz ölkənin bəzi məktəblərində hicablı şagirdlərlə bağlı direktorlar tərəfindən müəyyən problemlər yaradılmağa başlanıb. Təxminən 2010-cu ildən başlayan hicab qadağası son illər əksər təhsil müəssisələrində öz həllini tapsa da, görünən budur ki, bəzi direktorlar öz inadlarından əl götürmək istəmirlər.   
 
Direktorlar sözügedən qadağaları müxtəlif amillərlə izah etməyə çalışsalar da, gətirilən səbəblərin və arqumentlərin heç biri tutarlı deyil.
 
Maide.az-ın təqdim edəcəyi videoda da, hicab taxdığına görə, problemlə üzləşən şagirdlərin hüquqlarının necə müdafiə edilməsindən bəhs olunur.  
 
Jurnalist Xəyal Şükürün müəllifliyi ilə hazırlanan video kadrda, direktorların hicabı qadağan etmələri üçün gətirdikləri arqumentlərə tutarlı cavablar verir.

Google+ WhatsApp ok.ru