Bu xəbərdarlığa məhəl qoymayanlar cərimələnəcək 18 Dekabr 2017 02:00 Hərb -- 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları hərbi qeydiyyata alınır Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar. Sputnik Azərbaycan qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: — doğum haqqında şəhadətnamənin surəti; — ailə tərkibi haqqında arayış; — təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün); — təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış; — tərcümeyi-hal; — 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil. Xidmət bəyan edir ki, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 851-VQD nömrəli Qanununa əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün üzrlü səbəblər olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməməsi inzibati məsuliyyət yaradır və onlara inzibati cərimə tətbiq olunacaq. Teqlər : #Bu xəbərdarlığa məhəl qoymayanlar cərimələnəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan ilə İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub Azərbaycanın müdafiə naziri Türkiyəyə rəsmi səfər edəcək
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'