Buxari və Müslümün səhihlərinə bir baxış

Buxari və Müslümün səhihlərinə bir baxış

 Qarşınızda olan “Buxari və Müslümün səhihlərinə bir baxış” adlı bu kitab 30 ildən çoxdur ki yazılmışdır. Bu kitabın ikinci cildi İran İslam inqilabı ilə bir vaxta təsadüf edir. Təzə qurulmuş bu hökumətdə, İslam inqilabının çüçəklənməsi əhəmiyyət kəsb etdiyi üçün, üzərimizə qoyulmuş iyirmi illik Cümə namazının imamətliyi, bu kitabın üçüncü cildinin yazılmasını müvəqqəti olaraq təxirə saldı. Lakin, bu uzun müddətdə bu kitab üç dəfə müxtəlif dillərə tərcümə olunmuşdur.

 Birinci tərcümə 1987-ci ildə “Təəmmulatun fis-səhiheyn” adı ilə Beyrut şəhərində ərəb dilinə, ikinci tərcümə 1998-ci ildə “Əzvaun ələs-səhiheyn” adı ilə İranda ərəb dilinə, üçüncü tərcümə son illərdə (2005-ci ildə) Ordu dilinə “Səhiheyn kaik mutaliə” İranda çap olunmuşdur.

 Qarşınızda olan bu kitabın 1-ci cildi Allahın lütfü ilə İmam Xomeyni mədrəsəsinin mühəqqiq tələbələrindən biri olan Rəşad Əkbərov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuşdur. Allah təaladan arzu edirik ki, onun elm aləminə etdiyi xidməti qəbul, inşəllah bu kitabın ikinci cildinin də tərcümə olmasında ona kömək etsin. Sonra ona arzulayırıq ki, neçə belə əsərlər yazsın, yazdığı və tərcümə etdiyi kitablarla oxucularını sevindirsin. Ona işlərində müvəffəqiyyətlər və apardığı təhqiqat işlərində uğurlar arzulayırıq.

Google+ WhatsApp