Bu xoruzların dəyəri qızıldan da bahadır - VİDEO

Bu xoruzların dəyəri qızıldan da bahadır - VİDEO

İndoneziyada toyuq "ayam" deməkdir. Ayam Cemani toyuğu və xoruzu əsrlər əvvəl bu ölkənin Java və Sumatra regionlarında olub.
 
Maide.Az xəbər verir ki, Cemani xoruzları qapqara bir görüntüyə sahib olmaları, hətta kəsiləndə əti, sümükləri hətta daxili orqanları da qara olması İndoneziyada qaranlığa keçid və ya qaranlığın gücü mövzuları ilə əlaqələndirilib.
 
Ailə quracaq şəxslər, ev almaq istəyənlər, uşağı olmayanlar, böyük əzab və fəlakət içində yaşayan insanlar Cemanilerin qaranlıq və gizli güclərinə inandıqları üçün bu heyvanı qurban edirlər.
 
İndoneziyada da Cemani fermalarından Avropaya 10 ədəd mayalandırmış yumurtanın 695 dollara satıldığı da bir həqiqətdir. İqlim və məkan sarıdan korluq çəkməyən Cemaniler hər yerdə rahatlıqla yaşaya bilirlər. Həmçinin özəl bir qidaya, yeməyə də ehtiyacları yoxdur.
 
Tapılması olduqca çətin olan bu toyuğun qiyməti hazırda 5 min dollardır.
 

Google+ WhatsApp ok.ru