Bu yaşayış məntəqələrində qaz olmayacaq - Gün ərzində

Bu yaşayış məntəqələrində qaz olmayacaq - Gün ərzində

-- bu gün saat 09:00-dan

Bu gün Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
Maide.Az bildirir ki, “Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bu gün saat 09:00-dan təmir işləri tamamlananadək Abşeron rayonu Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilə yaranacaq.
 
Fasilə daşıyıcı qaz xətti üzərində quraşdırılmış qaz tənzimləyicinin və diametri 200mm-lik siyirtmənin təmiri eləcə də aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədardır.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.
 
Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
 

Google+ WhatsApp ok.ru