Bu yarpaqlar ürәk vә qaraciyәr üçün çox faydalıdır 07 Aprel 2016 01:00 Sağlamlıq Çuğundur vә onun yarpaqları qәdim zamanlarda müalicәvi bitkilәr kimi istifadә olunurdu. Çuğundur yarpaqları çox zәngin vitamin mineral tәrkibә malikdir. Onun tәrkibindә C, A, E, fol turşusu, pantoten turşusu (B5), tiamin (B1), riboflavin (B2), betakarotin vә hәmçinin fosfor, kalsium, maqnezium, yod, sink vә s. var. Çuğundur yarpaqları yazda avitaminoz zamanı xüsusilә faydalıdır. Yarpaqlar ürәkdamar sistemi xәstәliklәri zamanı müalicәviprofilaktik vasitә sayılır ürәyin vә damarların fәaliyyәtinә müsbәt tәsir edir, aterosklerozun inkişafının qarşısını alır. Fol turşusu ilә zәngin olan çuğundur yarpaqları qanazlığı zamanı çox xeyirlidir. Hamilә qadınlar üçün fol turşusu çox vacib sayılır dölün sinir sisteminin inkişafı qüsurlarının qarşısını alır. Bu sәbәbdәn hamilә qadınlar çuğundur yarpaqlarını öz qidalanmasına daxil etmәlidir. Yarpaqların tәrkibindә xolin maddәsi var. Bu maddә qaraciyәrin fәaliyyәtini yaxşılaşdırır, qaraciyәrin piylәnmәsinin qarşısını alır. Pektinlәrlә zәngin olan çuğundur yarpaqları bağırsaqların fәaliyyәtini yaxşılaşdırır, bağırsaqları tәmizlәyir, mikrofloranı bәrpa edir, qәbizliklә mübarizdә kömәk edir. Belә hesab olunur ki, çuğundur yarpaqları şişәleyhinә tәsirә malikdir. Çuğundur yarpaqları müxtәlif salatlara әlavә etmәk, pörtlәtmәk, kotletlәrә vә s. әlavә etmәk olar. Saglamolun.Az / Teqlər : #Bu yarpaqlar ürәk vә qaraciyәr üçün çox faydalıdır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Niyə tük başın üstündədir? Niyə ağciyər iki tikədir və öz yerində hərəkət edir? - İmam Sadiqin (ə) hindli həkimlə söhbəti Duzlu yemәklәri xoşlayanlar mütlәq oxusun!
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir