Bu yol iflic oldu: təmir nə vaxt bitir? – Rəsmi

Bu yol iflic oldu: təmir nə vaxt bitir? – Rəsmi

-- işlər bir həftə ərzində yekunlaşmalıdır

Ukrayna dairəsində aparılan işlərin təxminən 1 həftə müddətinə yekunlaşdırılması planlaşdırılır.
 
Bu barədə Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli yolun Ukrayna dairəsində aparılan təmirlə bağlı o istiqamətdə hərəkətin tam bağlanması ilə bağlı danışarkən deyib.
 
Qurum rəsmisi bildirib ki, yolun tez açılması və məhdudiyyətin aradan qaldırılması üçün işlər sürətlə davam edir:
 
“Hazırda təmir işi gedən hissədə işlər 2 gün müddətinə bitəcək. Daha sonra dairənin digər hissəsində işlərə start veriləcək. Ən pis halda işlər bir həftə ərzində yekunlaşmalıdır”.
 
Qeyd edək ki, Məhəmməd Hadi küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq iyul ayının 10-dan 11-nə keçən gecədən etibarən Ukrayna dairəsinin bir hissəsində asfalt-beton örtüyünün yenilənməsi işlərinə start verilib.
 
Bununla əlaqədar dairədən Gəncə prospekti, Neapol küçəsi və Məhəmməd Hadi küçəsinin Əhmədli metrostansiyası istiqamətində hərəkət məhdudlaşdırılıb.
 

Google+ WhatsApp ok.ru