Bu yollar bağlandı

Bu yollar bağlandı

-- SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ!

Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yerləşən dairə (Karl Marks dairəsi) təmir-tikinti işləri ilə əlaqədar olaraq bağlanıb.
 
Maide.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
 
O bildirib ki, fevralın 5-dən 6-na keçən gecə qeyd edilən yollar bağlanıb: "Avtonəqliyyat vasitələrinin hərəkəti müvafiq olaraq Atatürk prospekti (Ayna Sultanova) və Alı Mustafayev küçəsi (Xutor dairəsi) istiqamətinə yönəldiləcək.
 
Təmir-tikinti işləri sözügedən hissədə avtonəqliyyat vasitələrinin sıxlığını azaltmaq məqsədi ilə aparılacaq. İşlərin qısa müddətdə yekunlaşdırılması planlaşdırılır".
 

Google+ WhatsApp ok.ru