Bu yollarda hərəkət qismən məhdudlaşdırılacaq

Bu yollarda hərəkət qismən məhdudlaşdırılacaq

"Azəravtoyol" ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
 
Maide.Az xəbər verir ki, "Azəravtoyol" ASC-dən verilən məlumata görə, analoji işlər bu gün axşam saatlarınadək Nizami rayonu, Heydər Əliyev prospektindən Mikayıl Əliyev küçəsinə düşən avtomobil körpüsünün üzərində aparılacaq.
 
Axşam saat 22:00-dan başlayaraq səhər saatlarınadək isə rənglənmə işləri Nərimanov və Xətai rayonları, "Ramstore" yol qovşağında (10-cu zavod dairəsi) aparılacaq.
 
Rənglənmə işlərinin aparıldığı ərazilərdə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Məhdudlaşdırma işlərin aparıldığı zolaqlar üzrə tətbiq ediləcək. Digər zolaqlar üzrə isə hərəkət açıq olaraq qalacaq.
 
"Azəravtoyol" ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir. /

Google+ WhatsApp ok.ru