Bu yol qismən bağlandı – Axşama qədər

Bu yol qismən bağlandı – Axşama qədər

Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində aparılan işlərlə əlaqədar yolda mıhdudiyyət olacaq.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə sözügedən yolda üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
 
İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.
 
Agentlik sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.
 

Google+ WhatsApp ok.ru