Böyük Britaniya Avropa İttifaqını tərk etdi 24 İyun 2016 01:00 Dünya Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmayacağını müəyyənləşdirən referendumun nəticələri məlum olub. Maide.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Səsvermədə iştirak edən seçicilərin 52 faizi Britaniyanın Avropa İttifaqından çıxmasına, 48 faiz isə qalmasına səs verib. Beləliklə, Britaniya Avropa İttifaqından çıxıb. Bakı vaxtı ilə saat 13.00-da Britaniyanın baş naziri Devid Kemeron referendumun rəsmi nəticələri ilə bağlı bəyanatla çıxış edəcək. Məlumata görə, 46 milyon 501 min 241 seçicinin 72 faizi səsvermədə iştirak edib. Xatırladaq ki, iyunun 23-də Britaniyada keçirilən referndumda seçicilər iki sualdan birini cavablandırıb: “Birləşmiş krallıq Avropa İttifaqının üzvü olmalıdırmı?” və “Birləşmiş Krallıq Avropa İttifaqından çıxmalıdırmı?” Referendumda iştirak etmək üçün 46,5 milyon seçici qeydiyyatdan keçmişdi. Bu rəqəm Britaniya üçün rekord sayılır. / virtualaz.org Teqlər : #Böyük Britaniya Avropa İttifaqını tərk etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Təbrizdə casusluqda ittiham olunan 6 nəfər həbs olunub Müharibə dövründə doğuldu və öldü
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO