Böyük Britaniyada 7 yaşlı uşaq Quran hafizi oldu

Böyük Britaniyada 7 yaşlı uşaq Quran hafizi oldu

7 yaşlı britaniyalı uşaq bütün Qurani-Kərimi hifz etməyi bacarıb.


Maide.Az "Deyerler.org" istinadən xəbər verir ki, Böyük Britaniyanın cənubundakı Luton şəhərində yaşayan 7 yaşlı uşaq Yusif İslam Qurani-Kərimi bütöv hifz edərək, hafiz olub.

 

Uşağın anası belə deyib: “Yuxu kimidir, oğlumun bu yaşda Qurani-Kərimi tam hifz edə biləcəyini düşünməmişdim. Allahın mərhəməti ilə biz bu yolu qət etdik”.

 
Yusifin böyük bacısı Mariya da 2 il əvvəl 7 yaşında Qurani-Kərimi tam hifz edə bilmişdi. Bu yolda o, qardaşına kömək edib.

Bu uşağın anası Facebook səhifəsində uşaqlarına Quran öyrətmək üçün kömək etməsini istəyən yüzlərlə müsəlman ananın müraciətini cavabsız qoymur.

Google+ WhatsApp ok.ru