Böyük Britaniyada ən böyük İslam sənayesi sərgisi keçiriləcək

Böyük Britaniyada ən böyük İslam sənayesi sərgisi keçiriləcək

Dünyanın bir neçə böyük şirkəti İngiltərənin Mançestr şəhərindən İslam məhsullarının sərgisini təşkil edəcəklər.
 
Maide.Az xəbər verir ki, sərginin təşkilatçılarının verdiyi məlumata görə, gələn həftənin şənbə və bazar günləri  İslam sənaye sərgisi Mançestr şəhərində öz fəsaliyyətinə başlayacaq.
 
Sərgidə dünyanın müxtəlif ölkələrindən o cümlədən ABŞ, Almaniya, Avstraliya, Avstriya, Malayziya, İndoneziya, Hindistan və Birləşmiş Ərəb Əmirliklərindən 10 minlərə insan iştirak etməsi gözlənilir.
 
2014-cü ildə müsəlman bazarlarının gəliri 1.8 trilyon dollar olub. Bu rəqəmin 2020-ci ildə 2.6 trilyon dollara çatması gözlənilir. 
 
Sərginin keçirilməsindən məqsəd  İslami həyat tərzi və dəyərlərini  müasir üslüblardan istifadə etməklə insanlara çatdırmaqdır. 
 

Google+ WhatsApp ok.ru