Böyük Britaniyada işsizlik gözləniləndən çox artıb

Böyük Britaniyada işsizlik gözləniləndən çox artıb

Bu ilin may-iyul aylarında Böyük Britaniyada işsizlik gözləniləndən daha çox artaraq 4,5% təşkil edib. Təkcə iyul ayında işsizlərin səviyyəsi 0,4% artıb.
 
"APA-Economics"in verdiyi məlumata görə, "Reuters" tərəfindən iqtisadçılar arasında aparılmış sorğu nəticəsində Böyük Britaniyada işsizliyin 4,3%-dən çox olmayacağı güman edilirdi. Lakin ölkənin Milli Statistika İdarəsinin məlumatına görə, iyun və iyul aylarında 153 min insan işsiz qalıb. Bu, "Reuters"in iqtisadçılar arasında apardığı sorğunun nəticəsindən 5 dəfə çoxdur.
 
Böyük Britaniyanın Maliyyə naziri Rişi Sunak bu ayın sonunda vaxtı bitəcək 50 mlrd. funt sterlinqlik əməkhaqqı subsidiya sxeminin daha qənaətcil bir proqramla əvəzləməsinə baxmayaraq, prioritet artan işsizliyi yavaşlatmaqdır.
 
Qeyd edək ki, İngiltərə Bankının ("The Bank of England") proqnozuna görə, bu ilin sonuna ölkədə işsizlik səviyyəsi 7,5%-ə çatacaq. Bunun əsas səbəbi kimi, oktyabrın sonunda bitəcək əməkhaqqı subsidiya sxeminin noyabrda daha qənaətcil bir proqramla əvəzləməsini göstərilir.
 

Google+ WhatsApp ok.ru