Böyük Britaniyada müsəlmanların sayı sürətlə artır

Böyük Britaniyada müsəlmanların sayı sürətlə artır

Tarixdə ilk dəfə olaraq Böyük Britaniyanın müsəlman əhalisi 3 milyon nəfəri ötüb.

 
Maide.Az xəbər verir ki, bu barədə Daily Mail Milli Statistika İdarəsinin apardığı araşdırmaya istinadən yazır.
 
Qeyd olunur ki, bütün dinlər arasında ən yüksək böyümə sürətini İslam dini nümayiş etdirir.
 
Xristianlığa gəlincə, onun tərəfdarlarının sayı, əksinə, azalmaqdadır.
 
Eyni zamanda, Böyük Britaniya əhalisinin üçdə biri ya heç bir dinə etiqad etmir, ya da inanclarını müzakirə etmək istəmir.

Google+ WhatsApp ok.ru