Böyük Britaniya məktəblərində hicab məktəbli geyim formasının tərkib hissəsi

Böyük Britaniya məktəblərində hicab məktəbli geyim formasının tərkib hissəsi

Böyük Britaniya məktəblərində hicablı müsəlman şagirdlərin dərslərdə iştirakı ilə bağlı heç bir maneə yoxdur.  
 
Maide.Az “İslam.ru”-a istinadən xəbər verir ki, Britaniya hicablı şagirdlərin məktəblərə getməsinə ən sərbəst baxışı olan ölkələr siyahısındadır. Bu ölkədə bəzi təhsil müəssisələrində məktəbli formasının tərkib hissəsinə müsəlman şagirdlərin baş örtüyü daxildir ki, valideynlər öz uşaqları üçün dərs ilində həmin baş örtülü geyim formasını sifariş edə bilər. 
 
Qeyd etmək lazımdır ki, hazırda Böyük Britaniya məktəblərində təhsil alan qız şagirdlərin nəzərə çarpacaq faizi hicab geyinir. Bir qayda olaraq, bu məsələ ilə bağlı məktəb administrasiyası və müəllimlərlə heç bir problem yaşanmır. /

Google+ WhatsApp ok.ru