Böyüklər balacaları necə soyur...

 virtualaz.org uşaqların bahalı əyləncəsindən yazır: «Bakıda «əsəbi istirahət»: böyüklər balacaları necə soyur...». 
 
Sayt Bakıdakı uşaq əyləncə mərkəzlərində qiymətlərin od tutub yandığını bildirir: «Son illər paytaxtda onlarla uşaq əyləncə mərkəzləri, istirahət məkanları açılıb. Yəni seçim imkanı artıb. Amma say artımı keyfiyyətə, qiymətlərə təsir etmir. İndi bu əyləncə mərkəzlərində 2-3 saatlıq normal istirahət üçün ya 200-300 manat xərclənməli, ya da uşağı gözüyaşlı, kor-peşman geri qaytarmalısan».
 
virtualaz.org yazır ki,«28 Moll» ticarət mərkəzində əyləncə təkcə adına görə 20-50 manata, «Metro Park»da isə 50-60 manata başa gəlirsə, «Megafun» əyləncə mərkəzində 100-150 manat xərcləməlisən.
 
«Tom və Cerri» əyləncə mərkəzində də vəziyyət fərqli deyil.
 
Daha çox 3-10 yaşlı uşaqlar üçün münasib olan aparatlarda bir dəqiqəyə güllə vurmaq, maşın sürmək, tennis oynamaq, yellənmək mümkündür. 1 dəqiqədə 2 manatı beş güllə ilə vurmaq üçün cibin dolu olması lazımdır, təbii ki...». /

Google+ WhatsApp ok.ru