Böyük qeybət dövründə alimlərin məqamı

Böyük qeybət dövründə alimlərin məqamı

Həmd-səna və tərif o Allaha məxsusdur ki, bizə minnət qoyaraq özünün ən böyük vəlisi İmam Zaman (əleyhissalam)-ın ümumi naiblik məqamını öhdələrinə alan fəqihlərin vilayəti sayəsində qərar vermişdir. Xüsusilə müasir dövrdə İran İslam respublikasının banisi Həzrət İmam Xomeyni şiə mərcəiyyətinin məqamını, dini rəhbərlik və fəqahətin əzəmətini dünyaya sübut etmiş, insanların xeyrinə olan bir ictimai quruluşu isbat edən bu niyabəti öhdəsinə almışdır. Bu böyük tarixi hadisə, yə’ni seyyid Cəmaləddin Əsədabadinin hərəkatının, Mirza Şirazinin tənbəki hərəkatının, Şeyx Fəzlullah Nurinin məşrutə hərəkatının və Mərhum Müdərris və Ayətullah Kaşaninin hərəkatlarının ardınca baş verən islami inqilab alimlərin xalq kütlələri arasındakı böyük nüfuzunu və islamın əməli olaraq həyata keçməsini bütün dünyaya göstərmişlər. Buna görə də islam düşmənləri bu dini qüdrəti həm daxildən, həm də xaricdən nişan almış və dini alimlərin və rəhbərlərin əleyhinə zəhərli təbliğatlarla hücumlara başlamışlar. Onların əsas məqsədi bu yüksək mədəni mövqeyi məhv etməkdən ibarətdir.

Bu hadisələr nəticəsində biz, alimlərin əzəmətini və onların Böyük Qeybət dövründəki ümumi niyabətini qısa və faydalı şəkildə yazmağı nəzərə aldıq ki, cəmiyyətin tanınması istiqamətində müəyyən xidmətlər edərək, bu kimi həmlələrin qarşısını alaq, elm və əməl baxımından bu böyük və əzəmətli ilahi ne’mətin qədrini bilək. Allah-taala buyurur:

لَئِن شَكَرْتُمْ لأَزِيدَنَّكُمْ وَلَئِن كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ

«Əgər (ilahi) nemətlərin şükrünü yerinə yetirsəniz hökmən onu artıracağıq, əgər onlara qarşı nankorluq etsəniz həqiqətən Mənim əzabım şiddətlidir.»[1]



[1] «İbrahim» surəsi, ayə: 7

 

Google+ WhatsApp