Böyük İslam alimləri Qum şəhərində Qasım Süleymani ilə vidalaşdı

Böyük İslam alimləri Qum şəhərində Qasım Süleymani ilə vidalaşdı

Şəhid general Qasım Süleymaninin cənazəsi Tehranda Ayətullah Xameneinin imaməti ilə qılınan cənazə namazından sonra Qum şəhərinə gətirilib.
 
 Maide.az xəbər verir ki, cənazə Xanım Məsumənin (s.ə.) hərəminə aparılıb. Müqəddəs zərih ətrafında dövr etdirildikdən sonra vida yürüşü təşkil olunub. 
 
İzdihamlı yürüşlə Şəhidin cənazəsi Cəmkəran məscidinə aparılıb. Əhali küçələrə axışaraq şəhid ilə vida yürüşünə qoşulub.
 
Qeyd edək ki, vida mərasiminə böyük İslam alimləri qatılıb.
 
 Ayətullah Məkarim Şirazi, Ayətullah Nuri Həmadai, Ayətullah Gerani, Ayətullah Müqtədai, Ayətullah İbrahim Əmini, Ayətullah Seyfi Mazandarani, Ayətullah Ərafı, Ayətullah Buşehri, Ayətullah Məhəmmədcavad Fazil Lənkərani və digərləri hərəmə gələrək mərasimə qoşulub. 
 
Qeyd edək ki, sabah General Qasim Süleymaninin cənazəsi doğulduğu Kirman şəhərində dəfn olunacaq.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru