Bzejinski: “Putinin növbəti hədəflərindən biri Azərbaycan ola bilər…”

Rusiya prezidenti Vladimir Putin çətin ki, öz aqressiv siyasətini Ukraynaya hücumla yekunlaşdırsın. Onun növbəti hədəfləri qismində Baltikyanı ölkələr, Moldova, Gürcüstan, Azərbaycan və hətta  Polşa ola bilər. 
 
Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri, nüfuzlu politoloq Zbiqnev Bzejinski Avropa nəşrlərindən birinə müsahibəsində bildirib.
 
“Mən peyğəmbərlik edib qara ssenarilər haqda proqnoz etmək istəmirəm, amma həqiqətən risk var ki, Rusiya təcavüzü Ukrayna ilə yekunlaşmayacaq. Bunu Putinin ardıcıl şəkildə seçdiyi yolun analizi göstərir” – deyib politoloq. 
 
Onun sözlərinə görə, situasiyanın bundan sonrakı inkişafı Ukraynadakı konfliktin gedişatından asılı olacaq: “Əgər Ukraynadakı müharibə Rusiya üçün asan hərbi uğur və qələbə ilə nəticələnsə, o zaman bənzər şeylərin Baltikyanı ölkələrdə mümkünlüyü diqqətə alınmalıdır. Növbəti qaynar nöqtələr Moldovada, Gürcüstanda, Azərbaycanda, sonralar isə Polşada peyda ola bilər”.
 
“Rusiya indi ekspansiya siyasəti yürüdü və təəssüf ki, hər bir ssenari realdır” - əlavə edib Bzejinski. /

Google+ WhatsApp ok.ru