`Böyük Camiə` Ziyarətnaməsindən

"Ey Hüseyn ibn Əli, sən Allahın calalını böyük bildin, zikrini davam etdirdin, əhdini möhkəmlətdin, Onun üçün gizli və aşkarda insanlara öyüd-nəsihət verdin, hikmət və gözəl öyüdlə insanları Ona doğru dəvət etdin, özünü Onun razılığı yolunda fəda etdin, Onun yolunda qarşına çıxan bütün çətinliklərə dözdün, namaz qıldın, zəkat verdin, yaxşılığa dəvət etdin, pislikdən çəkindirdin, ömrünün sonuna kimi cihad etdin, Allahın dəvətini aşkar etdin, vacib etdiklərini açıqladın, qanunlarını bərpa etdin, hökmlərini yaydın... Buna görə də səndən üz çevirən dindən çıxdı, səninlə olan siz ailəyə birləşdi, sənin haqqında səhlənkarlıq edən məhv oldu. Haqq sizinlədir, sizdədir, sizdəndir, sizədir, səninlədir, səndədir, səndəndir, sənədir. Siz onun əhlisiniz, mədənisiniz, peyğəmbərlik mirası sizdədir, xalqın qayıdışı sizədir... Allahın ayələri, nişanələri sizdədir, qərarları sizdədir, nuru, bürhanı sizin yanınızdadır və əmri sizinlədir (buna görə də) hər kəs sizi sevsə Allahı sevmiş, hər kəs də sizinlə düşmənçilik etsə, Allahla düşmənçilik etmişdir. Sən haqqın əhlisən, mədənisən, peyğəmbərlik mirasi səndədir, xalqın qayıdışı sənədir... Allahın ayələri, nişanələri səndədir, qərarları səndədədir, nuru, bürhanı sənin yanındadır və əmri səninlədir (buna görə də) hər kəs səni sevsə Allahı sevmiş, hər kəs də səninlə düşmənçilik etsə, Allahla düşmənçilik etmişdir. Siz Əhli-beyti sevən nicat tapacaq, sizinlə düşmənçilik etsə məhv olacaq. Sizi inkar edən ümidsiz olacaq, sizdən ayrılan yolunu azacaq, sizdən yapışan qurtulacaq. Sizə tabe olanın yeri Cənnət, sizə qarşı çıxanın yeri Cəhənnəmdir. Sizə qarşı çıxan kafir, sizinlə müharibə edən müşrikdir. Sizin hökmünüzü rədd edən Cəhənnəmin ən aşağı dərəcəsindədir..."

Google+ WhatsApp ok.ru