`Böyük Şor” yol qovşağının alt hissəsində hərəkət məhdudlaşdırılır

`Böyük Şor” yol qovşağının alt hissəsində hərəkət məhdudlaşdırılır

-- 2 gün

"Böyük Şor” yol qovşağının alt hissəsində hərəkət məhdudlaşdırılır.
 
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən "Report"a verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq aprelin 28-də  gecə saatlarından Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağının alt hissəsində (Hava limanı istiqaməti üzrə) hərəkət tam olaraq məhdudlaşdırılacaq. Məhdudlaşdırma 2 gün ərzində (28-29 aprel) qüvvədə olacaq.
 
Sürücülər bu müddət ərzində alternativ olaraq qovşağın altından Bakıxanov qəsəbəsinə gedən yoldan istifadə etməklə yenidən Heydər Əliyev prospektinə çıxaraq hərəkətlərinə davam edə bilərlər.
 
Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik və sürücülərdən sözügedən hissədə diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edirik.

Google+ WhatsApp ok.ru