Bütün fələstinlilərə çağırış edildi

Bütün fələstinlilərə çağırış edildi

-- 14 mayda sərhəddə böyük toplantı

Bütün fələstinlilər gələn cümə günündən "Nəkbə" ərəfəsi olan və ABŞ səfirliyinin Qüdsə köçəcəyi açıqlandığı 14 mayda sərhəddə toplanmağa çağırılıb.

Çağırış Böyük Qayıdış Yürüşü Ali Milli Nümayəndə Heyəti tərəfindən edilib Bu toplaşmanın ABŞ Prezidenti Trampa "əsrin müqaviləsi" qərarının irəli getməyəcəyi, vətəninə dönən milyonlarla adamın ayaqlarının altında əziləcəyinə dair güclü bir mesaj olacağı qeyd edilib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 6 dekabr 2017-ci ildə Ağ Evdə keçirdiyi mətbuat konfransında Qüdsü "İsrailin paytaxtı" olaraq tanıdığını və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi göstərişi verdiyini açıqlamışdı.

ABŞ rəhbərliyi səfirliyini Təl-Əvivdən Qüdsə 14 mayda köçürmə qərarı almışdı."eastnews"

Google+ WhatsApp ok.ru