BƏƏ Marsda  kiçik şəhər tikəcək - FOTO

BƏƏ Marsda kiçik şəhər tikəcək - FOTO

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2117-ci ildə  Mars planetində ilk  mini-şəhər tikmək qərarına gəlib. 
 
Maide.Az xəbər verir ki,  bunu BƏƏ hökuməti  Dubayda keçirilən Ümumdünya hökumət samitində elan edib. 
 
Marsda tikiləcək ilk mini şəhərin planı və maketinin  təqdimatıda bu sammitdə baş tutub. Təqdimat mərasimində baş nazir, Dubayın hakimi şeyx Məhəmməd bin-Rəşid əl-Məktum iştirak edib. 
 
BƏƏ hökuməti Qırmızı planetdə mini-şəhərin tikintisini aparıcı beynəlxalq təşkilatlar və elmi-tədqiqa institutları ilə müştərək olaraq inşa edəcəklər.
 
Birləşmiş Ərəb Əmirliklərinin milli yüzillik proqramına əmirliyin elmi kadrlarının yetişdirilməsi də daxildir. Bu kadrlar Marsa insanların və ərzaq məhsullarının daşınmasını təmin edəcəklər. Layihədə Marsda ehtiyac duyulacaq nəqliyyat vasitələri, energetika və qida məhsullarına da yer ayrılıb.(islam.ru)
 
 
 

Google+ WhatsApp ok.ru