BƏƏ və İsrail 100 milyon dollarlıq silah müqaviləsi imzaladı

BƏƏ və İsrail 100 milyon dollarlıq silah müqaviləsi imzaladı

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrailin IMI adlı hərbi sənaye şirkəti ilə 100 milyon dollarlıq müqavilə imzalayıb.
 
Maide.Az xəbər verir ki, bu barədə beynəlxalq sionizm təşkilatının üzvü, jurnalist Mehdi Məcid İsrail hərbi kəşfiyyat servisindəki mənbələrinə istinadən yazıb.
 
O bildirib ki, razılaşmaya əsasən BƏƏ İsraildən 105 mm-lik toplar və "Mərqava" tankları alacaq.
 
BƏƏ bu addımla işğalçı sionist İsrail rejimi ilə münasibətləri yaxşılaşdırmaq niyyətindədir. Razılaşmanın gizli aparılması isə İslam dünyasının tənqidlərindən sığortalanmaq üçün edilib.
 
Alınacaq savaşların Yəməndə istifadə ediləcəyi şübhəsizdir. Çünki BƏƏ hazırda Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinə daxildir və Yəməndə qırğınların törədilməsində iştirak edir. İsrailin isə Yəməndəki savaşda koalisiya qüvvələrinə dəstək verməsi o qədər də sirr deyil.
 
Xatırladaq ki, BƏƏ-nində qoşulduğu və  Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində rəsmi məlumatlara görə 10 mindən çox uşaq və qadın həyatını itirib.
 
Qeyri rəsmi məlumatlara görə, ölənlərin sayı 50 min nəfərdən çoxdur. Ölkəyə huanitar yardımın əngəllənməsi səbəbindən kütləvi xəstəliklər hökm sürür.
 
3 milyon 400 min nəfərdən çox Yəmənli  evlərindən didərgin düşüb. 
 

Google+ WhatsApp ok.ru