Bəhreyn ordusu 10 şiə fəalı həbs edib

Bəhreyn ordusu 10 şiə fəalı həbs edib

-- Həbs olunanlar arasında Ayətullah İsa Qasımın kürəkənini də var...

Bəhreyn ordusunun dünən paytaxt Manamada evlərə keçirdiyi  əməliyyat zamanı ölkədəki Ali Xəlifə rejiminə qarşı etiraz aksiyalarında aktivlikləri ilə seçilən 10 şiə fəal həbs edilib.

Maide.Az  "eastnews"-a istinadən xəbər verir ki, ötən gün  ev basqınları zamanı həbs edilən 10 nəfərin arasında rejim tərəfindən 300 gündən artıqdır ki, ev dustaqlığında saxlanılan və səhhəti gündən-günə pisləşən Ayətulah İsa Qasımın kürəkəni Əli Abdullah Qasım da var.   

Həbs edilən şəxslərin dünən rejimə qarşı aksiyalarda fəallıqları ilə seçildikləri bildirilib. 

 Xatırladaq ki, Bəhreyn rejimi məhkəməsi 2017-ci ilin mayında Şeyx İsa Qasımı qanunsuz pul vəsaitlərinin toplanması və çirkli pulların yuyulması ittihamı ilə 1 il müddətinə azadlıqdan məhrum etmişdi. Nüfuzlu ayətullaha, həmçinin 265,266 dollar həcmində cərimə də kəsilmişdi.  

Google+ WhatsApp ok.ru