Bəhreyn rejimi 32 siyasi fəala 196 il həbs verdi

Bəhreyn rejimi 32 siyasi fəala 196 il həbs verdi

-- Hazırda Ali Xəlifə rejimi həbsxanalarında yüzlərlə gənc siyasi fəal var

Bəhreyn məhkəməsi 32 şiə siyasi fəala ümumilikdə 196 il  həbs cəzasına məhkum edib. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadla xəbər verir ki, Bəhreyn məhkəməsi Ali Xəlifə rejiminə etiraz edən bu 32 nəfəri 1 il əvvəl paytaxtda polis mərkəzinə hücum etməkdə ittiham edir. 
 
Bəhreyn rejiminin Ağır Cəza Məhkəməsi şübhəlilərdən 25 nəfərinə 7 illik həbs cəzası verib. Digər 7 nəfər isə  3 il  müddətinə azadlıqdan məhrum edilib. 
 
Xatırladaq ki, 2011-ci ilin fevral ayından Bəhreyndə xalq kütləvi dinc aksiyaları başlayıb.  Bu müddət ərzində minlərlə anti rejim fəallar  müxtəlif bəhanələrlə həbs olunub. Dinc aksiyaları  yatırtmaq məqsədilə  14 mart 2011-ci il tarixində Bəhreyn rejiminin  istəyi ilə Fars Körfəzi Əməkdaşlıq Şurası və Səudiyyə rejiminin qüvvələri Bəhreynə yeridilib. 
 
Bütün bunlara baxmayaraq, Bəhreyn xalqı 7 ildən artıq bir müddətdir ki, Ali Xəlifə rejiminə qarşı müqavimət göstərməyə davam edir. İndiyədək onlarla insan həyatını itirib,  yüzlərlə insan isə yaralanıb və ya Ali Xəlifə rejiminin qondarma ittihamları ilə uzun müddətli həbslərə məruz qalıb. 
 
Hazırda Ali Xəlifə rejimi həbsxanalarında yüzlərlə gənc siyasi fəal var. 
 

Google+ WhatsApp ok.ru