Bəhreyn rejimindən daha bir cinayət - VİDEO

Bəhreyn rejimindən daha bir cinayət - VİDEO

Bəhreyn rejimi daha bir Əhli-Beyt (ə) ardıcıllarından olan ictimai fəalı şəhid etdi
 
Bəhreynin müxtəlif bölgələrində keçirilən aksiyaları yatırmağa çalışan Ali Xəlifə qüvvələri Abdulla Əl-Acuz adlı bir gənci qətlə yetirib. 
 
Deyerler.org Revalution Bahrain-ə istinadən xəbər verir ki, Bəhreyndə bir tərəfdən xalq mitinqlərini davam etdirir, digər tərəfdən isə Ali Xəlifə rejimi də xalqa qarşı zorakılıqlarından əl çəkmir.
 
Qanuni hüquq və azadlıqlarını tələb edən xalqı küçələrdə amansızlıqla gülləbaran edən rejim qüvvələri bu dəfə də bir gənci qətlə yetirib. Abdullah Əl-Acuz adlı bir gəncin şəhid olmasından sonra mitinqlər olduqca kəskinləşib.
 
Rejim əleyhinə şüarlar səsləndirən nümayişçilər başladıqları yola davam edib, sona qədər Ayətullah İsa Qasımın yanında olacaqlarını bildiriblər. /
 

Google+ WhatsApp ok.ru