Bəhreyn rejiminin Ayətullah İsa Qasimi xəstəxanaya köçürdüyü deyilir

Bəhreyn rejiminin Ayətullah İsa Qasimi xəstəxanaya köçürdüyü deyilir

-- O Bəhreyn rejim təhlükəsizlik qüvvələrinin müşaiyəti ilə evindən aparılıb

 
Al-Aləm telekanlının məlumatına görə, son günlər ev dustaqlığında saxlanılan və səhhətində problem yaranmış Bəhreyn İslami Hərəkatının lideri Ayətullah İsa Qasim bu gün müalicə üçün Bəhreyn beynəlxalq xəstəxanasına köçürülüb. 
 
Maide.Az-ın məlumatına görə,  telekanalın məlumatına deyilir ki, bu gün təcili tibbi yardım avtomobili  Bəhreyn rejim təhlükəsizlik qüvvələrinin müşaiyəti ilə  Ayətullah İsa Qasimi evindən xəstəxanaya aparıb. 
 
Qeyd edək ki, bir neçə gün öncə  Bəhreynin əd-Dərraz bölgəsində rejim qüvvələrinin nəzarətində ev dustağı edilən Ayətullah İsa Qasim daxili qan axmadan əziyyət çəkməsi, xəstəlikdən çəkisinin yarısını itirdiyi və təcili cərrahiyyə əməliyyatına ehtiyacı olduğuna dair məlumat yayılmışdır. 
 
Ötən bir neçə gün ərzində  Bəhreyn xalqı küçələrə axışaraq  Ayətullah Qasimin müalicə edilməsi tələbi ilə mitinqlər keçirib.
 
Xatırladaq ki, Şeyx İsa Qasim bir ildən artıqdır ki Bəhreyndə ev dustağıdır. Bəhreyn rejimi qüvvələri onun evini və olduğu kvartalı muhasirədə saxlayır. Bəhreyn rejimi onu vətəndaşlıqdan məhrum etmiş və barəsində bir sıra əsassız ittihamlar irəli sürmüşdür.  
 

Google+ WhatsApp ok.ru