Bəhreyn rejiminin məhərrəmlik rəmzlərinə hücumu ölkə ruhaniləri tərəfindən qınanıldı 16 Sentyabr 2017 01:00 Dünya Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvələrinin Bəhreynin qərbində Karzakkan şəhərində İmam Hüseynin (ə) Aşura qiyamının simvollarına hücum edib və bu simvolları yığışdırıb. Maide.Az xəbər verir ki, Karzakkan əhalisi Məhərrəm ayının gəlişi münasibəti ilə şəhər daxilində hazırlıq işləri görüb, qara bayraqlar asıb və üzərində Aşura qiyamına dair şuarlar yazılmış plakartlar asıb. Bəhreyn rejim qüvvələri ötən gün isə əhaliyə hücum edib, Aşura qiyamının simvollarını və qara bayraqları yığışdırıb. Ali Xəlifə rejim qüvvələri ötən gün Bəhreynin şimalında yerləşən Sanabis şəhərində də asılmış İmam Hüseyn (ə) əzadarlıq bayraqlarını yığışdırıblar. Məlumatda qeyd olunur ki, təhlükəsizlik qüvvələri Karzakkan şəhərin qara bayraqlar asan bir neçə nəfəri həbs edib. Bəhreynin ruhaniləri ölkədə Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvələrinin İmam Hüseynin (ə) Aşura qiyamının simvollarına hücum etməsini qınayıblar. Bəhreynin bir qrup ruhanisi birgə bəyanat yayaraq, ölkədə Aşura simvollarına hücum etmənin əslində din və dini müqəddəslərə hücum etmək mənasında olduğunu qeyd edib. / Teqlər : #Bəhreyn rejiminin məhərrəmlik rəmzlərinə hücumu ölkə ruhaniləri tərəfindən qınanıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyada iqlim dəyişikliyi və qarşıdurmalar aclığı artırıb Səudiyyə rejiminin müxalifləri “15 sentyabr” mitinqini keçirib - VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO