Bəhreyn xalqı Suriyaya qarşı hücumu qınamaq üçün mitinq keçirdi

Bəhreyn xalqı Suriyaya qarşı hücumu qınamaq üçün mitinq keçirdi

-- etirazçılar ölkədə siyasi məhbusların azadlığını tələb ediblər

Bəhreyn xalqı Amerika, Britaniya və Fransanın Suriyaya hərbi hücumunu qınamaq və ölkədə siyasi məhbuslara dəstək vermək üçün küçələrə çıxıb.
 
Maide.Az "deyerler.org" -a istinadən xəbər verir ki, Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvələri paytaxt Manamanın cənubundakı Əl-Məamir bölgəsindəki mitinqinə güc tətbiq edərək, mane olub.
 
Bu arada, ölkədə ən böyük müxalifət təşkilatı olan Əhli-Beyt (ə) ardıcıllarının Əl-Vifaq cəmiyyəti ilə yanaşı, Bəhreyn vətəndaş cəmiyyətinin təşkilatları Ali Xəlifə rejiminin ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri ayətullah İsa Qasımın evinin ətrafında hərbi və təhlükəsizlik divarlar yaradaraq, mühasirəni daha da gücləndirilməsini pisləyiblər. Ali Xəlifə rejiminin təhlükəsizlik gücləri Ayətullah İsa Qasımın evinə gedən yolları beton divarlar qoymaq və xeyli sayda əsgər yerləşdirməklə tamamilə bağlayıb və bununla Ayətullah İsa Qasımın evinin mühasirəsini daha da artııblar.
 
Bəhreyn xalqı marjinalaşdırılma, ayrı-seçkiliyə məruz qalma, həbs olunma, blokada kimi müxtəlif təzyiqlərin ən pisinə məruz qalmır.
 
 
 

Google+ WhatsApp ok.ru