Bəhreyn xalqı Səudiyyə rejiminə etiraz etmək üçün küçələrə çıxdı - VİDEO

Bəhreyn xalqı Səudiyyə rejiminə etiraz etmək üçün küçələrə çıxdı - VİDEO

-- “Müqavimət bizim seçimimizdir” şüarı ilə

Bəhreyn xalqı ölkə miqyasında “Müqavimət bizim seçimimizdir” şüarı ilə mitinqlər keçirərək, Səudiyyə rejiminin 7 il əvvəl Bəhreyn inqilabının yatırılması üçün bu ölkəyə hərbi qüvvələrini göndərməsinə qarşı etiraz ediblər.
 
Maide.Az  "deyerler.org" -a istinadən xəbər verir ki, martın 14-ü gecə və martın 15-i səhərdən etibarən keçirilən mitinqlərdə, nümayişçilər Ali Səud və Ali Xəlifə rejiminin mürtəce siyasətlərini və ölkə xalqlarına qarşı zülmünü qınayan şüarlar səsləndiriblər.
 
Nümayişçilər ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasıma qarşı qanunsuzluqların dərhal dayandırılmasını, bütün siyasi və vicdan məhbuslarının azad edilməsini, xalqın mənafeyinə uyğun islahatlara başlanılmasını da tələb ediblər.
 
Qeyd edək ki, 2011-ci ildə Bəhreyndə baş vermiş xalq inqilabını yatırmaq üçün Fars Körfəzi Əməkdaşlıq Şurası və Səudiyyə rejiminin qüvvələri Bəhreynə yeridilmişdi. Bütün bunlara baxmayaraq, Bəhreyn xalqı 7 ildən artıq bir müddətdir ki, Ali Xəlifə rejiminə qarşı müqavimət göstərməyə davam edir.
 

Google+ WhatsApp ok.ru