Bəhreyn üləması həbsxanalardakı məhkumların aclıq aksiyaları ilə bağlı bəyanat verib

Bəhreyn üləması həbsxanalardakı məhkumların aclıq aksiyaları ilə bağlı bəyanat verib

Bəhreyn üləması Ali Xəlifə rejimi tərəfindən həbs olunan siyasi və inqilabi məhkumların 6-cı günə daxil olan aclıq aksiyaları ilə bağlı bəyanat verib
 
Bəhreyn alimlərinin verdikləri bəyanatda məhkumların din və ölkələri üçün göstərdikləri fədakarlq alqışlanıb və Bəhreyn hüquq-mühafizə orqanlarının ağır təzyiq və zülmləri pislənib.
 
Alimlər eyni zamanda Bəhreyn aclıq tətili edən məhkumlara dəstək üçün Bəhreyn xalqını cümə günü oruc tutmağa dəvət edib.
 
"Mühasirə altında olan dinimiz və vətənin izzət və şərəfi üçün zindanlarda göstərdiyiniz dözüm, fədakarlıq, ixlas və əzm təqdir edirik. Kiçik və böyük, qadın və kişi, gənc və yaşlı bütün Bəhreyn xalqı sizlərin Allahdan başqa səcdəyə enməyən mömin qəlblərinizin aşiqidir. Sizin göstərdiyiniz fədakarlıqlar qarşısında ordu yeyiləcək və etdikləri pisliklər tez ya da gec özlərinə qayıdacaqdır", - bəyanatda deyilir.
 
Bəhreyn üləması bəyanatda həmçinin hüquq mərkəzləri tərəfindən "ölüm otaqları" başlığı ilə dərc edilən hesabatlarla bağlı bütün beynəlxalq qurumlara müraciət ediblər.
 
"Biz, Bəhreyn təhlükəsizlik qüvvələrinin əsir və məhkumları aclıq tətili keçirməyə məcbur etdikləri üçün qınayır və bütün beynəlxalq qurumlardan həbsxanalardakı hərəkətlər və ölüm otaqları səbəbi ilə rejimi lazımi cəzaya məhkum etmələrini istəyirik". (islaminsesi) /

Google+ WhatsApp ok.ru