Bəhreyndə 3 bacı haqqında həbs qərarı çıxarıldı

Bəhreyndə 3 bacı haqqında həbs qərarı çıxarıldı

-- Onlar 3 il müddətinə azadlıqdan məhrum edildi

Ali Xəlifə rejim məhkəməsi  Bəhreyndə  Amal, Fatimə və İman  Abdullah adlı 3 bacı 3 il müddətinə azadlıqdan məhrum edib. 
 
Maide.Az  “shia-news”a istinadən xəbər verir ki, bu 3 bacı “qanunsuz” etiraz aksiyalarında iştirak etməkdə ittiham olunur. 
 
Qeyd edək ki,  barələrində həbs qərarı çıxarılmış Amal, Fatimə v İman Abdullah bacıları  2017- ci ilin  iyun ayında da rejim təhlükəsizlik qüvvələrinin Diraz bölgəsində evlərə hücumu zamanı həbs olunmuş və daha sonra sərbəst buraxılmışdılar. 
 
Xatırladaq ki, 2011-ci ilin fevral ayından Bəhreyndə xalq kütləvi dinc aksiyaları başlayıb.  Bu müddət ərzində minlərlə anti rejim fəallar  müxtəlif bəhanələrlə həbs olunub. Dinc aksiyaları  yatırtmaq məqsədilə  14 mart 2011-ci il tarixində Bəhreyn rejiminin  istəyi ilə Fars Körfəzi Əməkdaşlıq Şurası və Səudiyyə rejiminin qüvvələri Bəhreynə yeridilib. 
 
Bütün bunlara baxmayaraq, Bəhreyn xalqı 7 ildən artıq bir müddətdir ki, Ali Xəlifə rejiminə qarşı müqavimət göstərməyə davam edir. İndiyədək onlarla insan həyatını itirib,  yüzlərlə insan isə yaralanıb və ya Ali Xəlifə rejiminin qondarma ittihamları ilə uzun müddətli həbslərə məruz qalıb. 
 
Hazırda Ali Xəlifə rejimi həbsxanalarında yüzlərlə gənc siyasi fəal var. 
 

Google+ WhatsApp ok.ru