Bəhreyndə rejiminə qarşı etirazlar şiddətlənib

Bəhreyndə rejiminə qarşı etirazlar şiddətlənib

-- aksiyaların əsas mərkəzi Əl-Musalla bölgəsidir

Bəhreyn xalqı hökumətə qarşı ölkənin əksər bölgələrində kütləvi etiraz aksiyalarına start verib.
 
Maide.az "Manamavoice"-ə istinadən xəbər verir ki, aksiyaların əsas mərkəzi Əl-Musalla bölgəsidir.
 
Şeyx İsa Qasımın məcburi şəkildə ev həbsində saxlanılmasına etiraz edən xalq, onun haqqındakı qərarın ləğv edilməsini tələb edirlər. 
 
Onlar siyasi məhbuslara qarşı işgəncələrin davam edəcəyindən narahatlıqlarını dilə gətiriblər.
 
Hazırda Əl-Xəlifə rejiminin müxalif bəhreynlilərə qarşı siyasi təzyiqi davam edir.

Google+ WhatsApp ok.ru