Bəhreyndə siyasi məhbuslara dəstək aksiyaları keçirilir - VİDEO

Bəhreyndə siyasi məhbuslara dəstək aksiyaları keçirilir - VİDEO

--- Dustaqlara verilən işkəncələrə etiraz olaraq

Ali Xəlifə rejiminin həbsxanalarında saxta ittihamlarla saxlanılan Bəhreynli siyasi məhbuslara dəstək və onlara verilən işkəncələri dayandırmaq tələbi ilə ölkənin müxətlif bölgələrində yenidən aksiyalara start verilib. 
 
Maide.Az "Mehr" xəbər agentliyinə istinadən xəbər verir ki, iyunun 26-da və dünən Musalla, Diya və Məayir şəhərlərində siyasi dustaqlara dəstək məqsədilə "Məhbusların Fəryadı" şüarı ilə aksiyalar keçirilib.
 
Etirazçılar Ali Xəlifə rjeimi əleyhinə şüarlar səsləndirib və  siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edib. 
 
Xatırladaq ki, 2011-ci ilin fevral ayından Bəhreyndə xalq kütləvi dinc aksiyaları başlayıb.  Bu müddət ərzində minlərlə anti rejim fəallar  müxtəlif bəhanələrlə həbs olunub. Dinc aksiyaları  yatırtmaq məqsədilə  14 mart 2011-ci il tarixində Bəhreyn rejiminin  istəyi ilə Fars Körfəzi Əməkdaşlıq Şurası və Səudiyyə rejiminin qüvvələri Bəhreynə yeridilib. 
 
Bütün bunlara baxmayaraq, Bəhreyn xalqı 8 ilə yaxındır ki,  Ali Xəlifə rejiminə qarşı müqavimət göstərməyə davam edir. İndiyədək onlarla insan həyatını itirib,  yüzlərlə insan isə yaralanıb və ya Ali Xəlifə rejiminin qondarma ittihamları ilə uzun müddətli həbslərə məruz qalıb. 
 
Hazırda Ali Xəlifə rejimi həbsxanalarında yüzlərlə gənc siyasi fəal var. 
 

Google+ WhatsApp ok.ru