Bəhreyndə çevriliş planı: BƏƏ baş nazir Salmanı devirmək istəyir

Bəhreyndə çevriliş planı: BƏƏ baş nazir Salmanı devirmək istəyir

-- Bəhreyndə saray çevrilişini BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd bin Zayid dəstəkləyir

Yaxın Şərqdə bir neçə ölkənin daxili işlərinə qarışan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) indi də Bəhreyndə saray çevrilişi üçün hazırlıqlar görür.
 
Maide.Az "faktxəbər"ə istinadən xəbər verir ki,  bu barədə "Əl Qüds Əl Ərəbi" qəzeti yazıb.
 
Nəşrin yazdığına əsasən, Bəhreyn kralı Həmid bin İsa Ali-Xəlifə 1970-ci ildən bəri baş nazir vəzifəsini icra edən doğma əmisi Xəlifə bin Salmanı devirmək üçün hərəkətə keçib. Baş nazir Salmanın xanədan içərisində kralın sevmədiyi adları saxlayır, Həmid bin İsa isə çevrilişlə ən kiçik oğlu saray qvardiyasının komandanı Nasiri vəliəhd postuna gətirmək istəyir.
 
"Midle East Eye" xəbər verir ki, Bəhreyndə saray çevrilişini BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd bin Zayid dəstəkləyir. BƏƏ şahzadəsi bin Zayid qvardiya komandanı Nasir bin Həmidi vəliəhd şahzadəsi postuna gətirməklə həm rəhbərliyi cavanlaşdırmaq, həm də Bəhreyn daxilində Qüds xəyanətinə qarşı yüksələn səsləri boğmaq istəyir.
 
Bəhreyndə baş nazir Salman ilə mövcud vəliəhd Salman bin Həmidin, İsrail və BƏƏ ilə yaxınlaşma siyasətindən narahat olduğu bildirilir.
 

 

Google+ WhatsApp ok.ru