Bəhreyndə Əhli-beyt (ə) məddahı həbs olunub

Bəhreyndə Əhli-beyt (ə) məddahı həbs olunub

-- 15 gün müddətinə azadlıqdan məhrum edilib

Bəhreyndə Əhli-beyt (ə) məddahı İmam Hüseynin (ə) mövlud günündə  şeir və  ilahi oxuduğu üçün həbs olunub. 
 
Maide.Az “bahrainmirror”-ə istinadən xəbər verir ki,  Bəhreyn rejim  rəsmiləri  Hacı Həsən Xəmis Nəimini  15 gün müddətinə azadlıqdan məhrum edilib. 
 
Qeyd edək ki, Bəhreyndə ölkə əhalisinin  80 faizini Əhli-beyt (ə) tərəfdarları təşkil edir. Lakin Ali Xəlifə rejimi  şiələrə qarşı  xüsusi əks mövqeyi ilə seçilib Əhli-beyt (ə) tərəfdarlarına öz dini əqidələrini sərbəst şəkildə  ifadə etməyə  maneə törədir. 
 
Xatırladaq ki, Bəhreyn şiələrinin lideri  Ayətullah  Şeyx İsa Qasim  əvvəlcə rejim  tərəfindən  həbsə məhkum edilmiş,  daha sonra isə vətəndaşlıqdan çıxıraılmışdır. Hazırda ev dustaqlığında saxlanılır. 
 
 
 

Google+ WhatsApp ok.ru