Bəhreynli alim Şeyx İsa Qasim yenidən xəstəxanaya yatızdırılıb

Bəhreynli alim Şeyx İsa Qasim yenidən xəstəxanaya yatızdırılıb

-- sağlamlıq durumu ağırlaşıb

Bəhreyn müsəlmanlarının lideri Şeyx İsa Qasimin sağlamlıq durumu ağırlaşıb və təcili xəstəxanaya yatızdırılıb. 
 
Maide.Az "Mehr" agentliyinə istinadən xəbər verir ki, təqribən 324 gündür ev dustağı saxlanılan Şeyx İsa Qasimin sağlamlıq vəziyyəti son günlərdə daha da pisləşib.
 
Məlumatda Şeyx İsa Qasimin hansı xəstəxanaya yatızdırıldığı və sağlamlıq durumu ilə əlavə məlumat verilməyib. 
 
Qeyd edək ki, Bəhreyn rejiminə qarşı çıxışları səbəbilə vətəndaşlıqdan çıxarılan və ev dustaqlığına məhkum edilən din xadimi Ayətullah İsa Qasimin qan azlığı, şəkərli diabet və davamlı ağrılardan əziyyət çəkdiyi bildirilir. 
 
Xatırladaq ki, Şeyx İsaq Qasim  son bir neçə ay ərzində 2 dəfə əməliyyat olunub. 
 

 

Google+ WhatsApp ok.ru