Bəhreynlilər Şeyx İsa Qasimin mənzili qarşısında etirazları davam etdirir

Bəhreynlilər Şeyx İsa Qasimin mənzili qarşısında etirazları davam etdirir

Bəhreyn vətəndaşları bu ölkə şiələriin lideri Şeyx İsa Qasimin vətəndaşlığının ləğv edilməsinə etirazlarını davam etdirirlər.

 

Maide.Az bildirir ki, Soutul-Manama xəbər portalının məlumatına görə, Bəhreyn vətəndaşları Ali-Xəlifə rejiminin Şeyx İsa Qasim əleyhinə repressiv hərəkətlərinə etiraz əlaməti olaraq bu ruhaninin mənzili qarşısında 71-ci gün ardıcıl olaraq etirazlarını davam etdirir. 

Əl-Duraz bölgəsinin Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələrinin tam mühasirəsində olduğu bir halda, bəhreynli etirazçılar bu gün Şeyx İsa Qasimin mənzili önündə sübh namazı qılıblar. 

Bu arada bir qrup Bəhreyn alimi və ruhanisi Ali-Xəlifə rejiminin repressiv siyasətlərinin davamında çağırılıb və ya saxlanılıb. 

Bəhreyn insan haqları komitəsi də bir hesabatda Ali-Xəlifə rejimini tənqid edərək bildirib: "Bu rejim şiə ruhanilərə təzyiq göstərir və onların hüquqlarını tapdalayır". 

Ali-Xəlifə rejimi 2016-cı il iyun ayında şiə ruhani Şeyx İsa Qasimin vətəndaşlığını ləğv edib. Bu hərəkət Bəhreyn və dünya şiələri arasında sərt reaksiyalara səbəb olub. 

Bəhreyn 2011-ci il 14 fevraldan Ali-Xəlifər ejiminə qarşı xalq inqilabının şahididir. 

Bəhreyn xalqı azadlıq, ədalətin bərqərar olunması, ayrı-seçkiliyin aradan qaldırılması və seçilmiş hökumətin iqtidara gəlməsini tələb edir.  /

Google+ WhatsApp ok.ru